Bakı. 12 sentyabr. REPORT.AZ/ Dünyada hər beş saniyədə bir insan yaralanma səbəbindən dünyasını dəyişir. "Report"un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında bildirilir.
Məlumatda qeyd olunub ki, hər gün 2 mindən çox ailə qarşısının alınması mümkün olan qəzalar səbəbindən övladlarını itirir.