Dünyada 4 milyard insan il ərzində ən azı bir ay susuz qalır

Dünyada 4 milyard insan il ərzində ən azı bir ay susuz qalır Bununla bağlı "Science Advances" jurnalı araşdırma aparıb
Digər ölkələr
16 Fevral , 2016 17:03
Dünyada 4 milyard insan il ərzində ən azı bir ay susuz qalır

Bakı. 16 fevral. REPORT.AZ/ Dünyada 4 milyard insan il ərzində ən azı bir ay susuz qalır. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı "Science Advances" jurnalı araşdırma aparıb.

Araşdırmanın nəticələrinə əsasən, Banqladeşdə 130, Pakistanda 120, Nigeriyada isə 110 milyon insan hər il bir müddət içməli su tapmaqda çətinlik çəkir. ABŞ-da isə əksəriyyəti Kaliforniya, Texas və Florida ştatı olmaqla 130 milyon amerikalı ildə ən azı bir ay susuz qalır. Ümumilikdə, Çin və Hindistan daxil olmaqla, dünya üzrə təxminən 4 milyard insan içməli su problemi yaşayır. 

Tədqiqatçılar içməli su çatışmazlığının gələcəkdə qlobal xarakter alacağı və bu vəziyyətin dünyanın bəzi ölkələrində quraqlığın və su sıxıntısının artıracağı barədə xəbərdarlıq ediblər.  

Son xəbərlər

Orphus sistemi