​Dünya liderləri Fransa xalqına başsağlığı veriblər

​Dünya liderləri Fransa xalqına başsağlığı veriblər Parisdə terror aktlarından sonra dövlət başçıları dəstək sözləri ilə çıxış ediblər
Digər ölkələr
14 Noyabr , 2015 07:30
​Dünya liderləri Fransa xalqına başsağlığı veriblər

Bakı. 14 noyabr. REPORT.AZ/ Dünya liderləri Fransa xalqına başsağlığı veriblər. Dövlət başçıları Parisdə terror aktlarından sonra dəstək sözləri ilə çıxış ediblər.

"Report"un verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrorla əlaqədar fransızların ağrısını qəlbən başa düşdüyünü bildirib.

Fransa xalqına dərin hüznlə başsağlığı verənlər sırasında Rusiya, İtaliya, Ukrayna, Braziliya və Boliviya prezidentlərinin də adı var. Onlar Fransa prezidentinə ünvanladıqları hüzn məktublarında fransız xalqı ilə həmrəyliklərini ifadə ediblər.

Noyabrın 13-ü axşam saatlarında Parisdə altı yerdə törədilən terror aktı nəticəsində 153 nəfər ölüb. Terror aktlarına görə məsuliyyəti "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi