“Ducuan” fırtınası Yaponiyaya yaxınlaşır

“Ducuan” fırtınası Yaponiyaya yaxınlaşır Fırtınanın yaxınlaşması ilə əlaqədar əhaliyə xəbərdarlıq olunub.
Digər ölkələr
27 Sentyabr , 2015 14:36
“Ducuan” fırtınası Yaponiyaya yaxınlaşır

Bakı. 27 sentyabr. REPORT.AZ/ Yaponiyanın cənubundakı Okinava prefekturasında “Ducuan” qasırğasının yaxınlaşması ilə əlaqədar fırtına xəbərdarlığı elan olunub.

Yaponiya Meteorologiya İdarəsinin yaydığı məlumata əsasən, tropik fırtına günün sonunda Sakişima adasına çatacaq.

Hazırda qasırğanın mərkəzində küləyin sürəti saniyədə 50 metrə çatır. Proqnozlara əsasən, həmin ərazidə dalğaların hündürlüyü 10 metri keçəcək. Bununla əlaqədar kiçik gəmilərdə dənizə çıxmamaq və təhlükəsiz yerlərdə dayanmaq tövsiyə olunub.

Tropik qasırğanın Okinavaya həm də leysan yağışlar gətirəcəyi, yağıntının bəzi yerlərdə 150 millimetr təşkil edəcəyi gözlənilir.

“Ducuan” cari ildə Sakit okeanda yaranmış sayca 21-ci tropik qasırğadır. Onun Yaponiya ərazisini tərk etdikdən sonra Tayvana tərəf yönələcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi