Dövlət Dumasının spikeri Rusiyanın Avropa Şurasından çıxmasını istisna etmir

Dövlət Dumasının spikeri Rusiyanın Avropa Şurasından çıxmasını istisna etmir Rusiya AŞ-a üzvlük haqqının ödənilməsindən imtina etmək niyyətində deyil
Digər ölkələr
22 Yanvar , 2015 11:27
Dövlət Dumasının spikeri Rusiyanın Avropa Şurasından çıxmasını istisna etmir

Bakı. 22 yanvar. REPORT.AZ/ Rusiya AŞPA-da 2015-ci ildə onun səsvermə hüququndan növbəti dəfə məhrum olunması ilə bağlı Avropa Şurasındakı (AŞ) üzvlüyü məsələsini qaldırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Kommersant"a müsahibəsində RF Dövlət Dumasının spikeri Sergey Narışkin bildirib. 

"Biz Parlament Assambleyasını, Avropa Şurasını ilk növbədə, aktual məsələlər üzrə açıq dialoq üçün geniş beynəlxalq meydan kimi qiymətləndiririk. Lakin biz gələcəkdə də  bu cür açıq dialoq aparmaq imkanından məhrum olsaq, onda bu təşkilatı nəyə görə dəyərləndirməliyik? Bu zaman bizim AŞPA-dakı fəaliyyətimizin ən azı bir il müddətinə dondurulması məsələsi ortaya çıxa bilər. Və əgər cari il ərzində bu məsələ ilə bağlı fərqli qərar qəbul edilməzsə, onda Rusiyanın Aİ-də üzvlüyü haqqında məsələ qaldırılacaq", - S.Narışkin vurğulayıb. 

Eyni zamanda Dövlət Dumasının sədri qeyd edib ki, Rusiya AŞ-na üzvlük haqqının ödənilməsindən imtina etmək niyyətində deyil, və xatırladıb ki, bu vəsait iki il əvvəlcədən ödənilir.    

Son xəbərlər

Orphus sistemi