​Dövlət Departamenti: "ABŞ İran və Səudiyyə Ərəbistanı arasında vasitəçi olmağa can atmır"

​Dövlət Departamenti: "ABŞ İran və Səudiyyə Ərəbistanı arasında vasitəçi olmağa can atmır" "Biz istəyirik ki, bu tip gərginliklər ikitərəfli qaydada aradan qaldırılsın"
Digər ölkələr
5 Yanvar , 2016 02:26
​Dövlət Departamenti: ABŞ İran və Səudiyyə Ərəbistanı arasında vasitəçi olmağa can atmır

Bakı. 5 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatlar İran və Səudiyyə Ərəbistanı arasındakı ikitərəfli münasibətlərdə yaranan kəskin böhranın nizamlanmasına köməklik göstərmək üçün vasitəçi rolunu üzərinə götürməyə can atmır.

"Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi bildirib.

"Əgər soruşursunuzsa ki, biz bütün bu məsələlərdə vasitəçi olmağa cəhd edirikmi, cavab belədir -xeyir", - deyə o iki ölkə arasındakı gərginliyi şərh edərkən söyləyib.

Onun sözlərinə görə, Vaşinqton əmindir ki, Tehran və Ər-Riyadın yaranmış ciddi ziddiyəti ikitərəfli formatda nizamlaması düzgün olardı.

"Biz hazırkı vəziyyətdə bazarda vasitəçi axtarmırıq. Bizim görmək istədiyimiz bu məsələlərin cəlb olunmuş ölkələr tərəfindən və dialoq yolu ilə dinc həllidir. Biz istəyirik ki, bu tip gərginliklər ikitərəfli qaydada aradan qaldırılsın", - deyə amerikalı diplomat bildirib.

Son xəbərlər

Orphus sistemi