Dövlət Departamenti: ABŞ Fələstinin BMT-yə üzv olması ilə bağlı qətnaməni dəstəkləməyəcək

Dövlət Departamenti: ABŞ Fələstinin BMT-yə üzv olması ilə bağlı qətnaməni dəstəkləməyəcək ABŞ BMT Təhlükəsizlik Şurasının Fələstinin təşkilatın tamhüquqlu üzvlüyünə qəbulu ilə bağlı qətnamə layihəsinə qarşı çıxacaq.
Digər ölkələr
18 Aprel , 2024 21:54
Dövlət Departamenti: ABŞ Fələstinin BMT-yə üzv olması ilə bağlı qətnaməni dəstəkləməyəcək

ABŞ BMT Təhlükəsizlik Şurasının Fələstinin təşkilatın tamhüquqlu üzvlüyünə qəbulu ilə bağlı qətnamə layihəsinə qarşı çıxacaq.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

Bununla belə, Patel ABŞ-nin Fələstin-İsrail münaqişəsinin iki dövlətli həllinə sadiq olduğunu təsdiqləyib.

"BMT-yə üzv olmaq Fələstinin dövlətçilik əldə etməsinə yardımçı olmayacaq", - Departament rəsmisi bildirib.

Son xəbərlər

Orphus sistemi