Bakı. 23 oktyabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Ferudin Sinirlioğlu Vyanada Suriyadakı böhrana həsr olunan toplantıdan öncə ABŞ dövlət katibi Con Kerri və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr ilə görüşüb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, görüşün nəticələrilə bağlı açıqlama verilməyib.
Məlumata görə, toplantıdan öncə Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında da ikitərəfli görüş keçirilib.
Bu görüşdən sonra Suriya böhranına dair dördtərəfli (ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və Rusiya) toplantı keçiriləcək.