​Dörd min Fransa vətəndaşı İŞİD-ə qoşulmaq üçün Suriyaya gedib

​Dörd min Fransa vətəndaşı İŞİD-ə qoşulmaq üçün Suriyaya gedib Təqribən 50 Fransa vətəndaşı artıq öldürülüb
Digər ölkələr
20 Noyabr , 2014 04:33
​Dörd min Fransa vətəndaşı İŞİD-ə qoşulmaq üçün Suriyaya gedib

Bakı. 20 noyabr. REPORT.AZ/ Fransanın son dərəcə sağçı partiyası "Milli cəbhə"nin lideri Marin Le Pen Fransa kəşfiyyatındakı mənbəyə istinad edərək bildirib ki, ölkənin baş nazirinin dediyi kimi min nəfər yox, 4 min Fransa vətəndaşı "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qoşulmaq üçün Suriyaya yollanıb.

"Report" xəbər verir ki, Le Pen "Sud Radio" radiostansiyasının efirində onların Fransa vətəndaşlığından çıxarılmasını və Fransaya qayıtmalarına qadağa qoyulmasını təklif edib.

Bunadək Fransanın baş naziri Manuel Vals bildirmişdi ki, rəsmi məlumatlara görə, mindən çox fransız hazırda Suriyada İŞİD-in tərəfində vuruşur.

O, həmçinin, əlavə edib ki, təqribən 50 Fransa vətəndaşı artıq öldürülüb.

Son xəbərlər

Orphus sistemi