​Donetskdə artilleriya atəşi nəticəsində 7 dinc sakin həlak olub

​Donetskdə artilleriya atəşi nəticəsində 7 dinc sakin həlak olub Artilleriya atəşinə Debaltsevo, Dzerjinski və Artyomovski əraziləri məruz qalıb
Digər ölkələr
1 Fevral , 2015 15:18
​Donetskdə artilleriya atəşi nəticəsində 7 dinc sakin həlak olub

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Ukraynanın Donetsk vilayətində Debaltsevo şəhəri, Dzerjinski ətrafı və Artyomovski rayonunun separatçılar tərəfindən artilleriya atəşinə tutulması nəticəsində 7 dinc sakin ölüb, daha 6 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

"Ötən sutka ərzində Debaltsevo, Dzerjinski ətrafı və Artyomovski rayonu kütləvi surətdə artilleriya atəşinə tutulub. Fevralın 1-i günün birinci yarısına olan vəziyyətə görə, 7 nəfər ölüb, 6 dinc sakin yaralanıb. Rabitədə yaranan problemlər nəticəsində zərərçəkənlər barədə tam məlumat yoxdur. Döyüş əməliyyatlarının getdiyi ön cəbhə xəttində milis əməkdaşları öz fəaliyyətlərini davam etdirirlər", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi