​Donbassda münaqişə qurbanlarının sayı 5,6 min nəfəri ötüb

​Donbassda münaqişə qurbanlarının sayı 5,6 min nəfəri ötüb Yaralıların sayı 13 min 400 nəfərə çatıb
Digər ölkələr
16 Fevral , 2015 22:25
​Donbassda münaqişə qurbanlarının sayı 5,6 min nəfəri ötüb

Bakı. 16 fevral. REPORT.AZ/ Ukraynanın şərqində müharibə başlayan dövrdən ölənlərin sayı 5 600 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə BMT-nin hesabatına istinadən "Bloomberg" agentliyi məlumat yayıb.

Təşkilatın hesabatına görə, ötən ilin aprel ayının ortalarından cari ilin 12 fevral tarixinədək ölkənin şərqində 5 617 nəfər ölüb, 13 min 400 nəfər yaralanıb.

BMT-nin məlumatına görə, münaqişə zamanı döyüşlərin getdiyi zonalardan 8 959 nəfər təxliyə edilib. Onların arasında 2 012 uşaq var.

Ukrayna prezidenti Pyotr Poroşenko fevralın 7-də məlumat verib ki, münaqişə başlayan vaxtdan 5 638 dinc sakin həlak olub. Onun məlumatına görə, hərbçilər arasında ölənlərin sayı 1432 nəfərdir.

Son xəbərlər

Orphus sistemi