Donald Tramp: "Böyük Britaniyaya Aİ-siz daha yaxşı olacaq"

Donald Tramp: "Böyük Britaniyaya Aİ-siz daha yaxşı olacaq" "Avropada miqrasiya böhranı əsasən Aİ-nin hərəkətləri ilə bağlıdır"
Digər ölkələr
6 May , 2016 08:44
Donald Tramp: Böyük Britaniyaya Aİ-siz daha yaxşı olacaq

Bakı. 6 may. REPORT.AZ/ ABŞ prezidentliyinə namizəd olmağa Respublikaçılar partiyasından iddia edən milyarder Donald Tramp Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq ideyasını dəstəkləyib.

"Report" xəbər verir ki, "Fox News"a müsahibəsində D.Tramp Britaniyaya Aİ-siz daha yaxşı olacağını deyib.

O, bunun şəxsi fikri olduğuna və kiməsə məsləhət verib və ya təzyiq göstərmək niyyətində olmadığına da aydınlıq gətirib.

D.Tramp Avropada miqrasiya böhranının əsasən Aİ-nin hərəkətləri ilə bağlı olduğunu bildirib: "Məhz bu problemlərə görə də Böyük Britaniya Aİ-nin tərkibindən çıxsa, yaxşı olar".

Qeyd edək ki, D.Tramp daha əvəl də Britaniyanın Aİ-dən çıxmaq ehtimalını irəli sürmüşdü. O, hətta britaniyalıları Aİ-ni tərk etməməyə səsləyən ABŞ prezidenti Barak Obamanı tənqid etmişdi.

Son xəbərlər

Orphus sistemi