Bakı. 22 iyul. REPORT.AZ/ Milyarder Donal Tramp Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməsinə rəsmən razılıq verib.
"Report" xəbər verir ki, Tramp bunu partiyanın Klivlenddə keçirilən qrultayında çıxışı zamanı bəyan edib.
"Dostlar, nümayəndələr, amerikalı həmvətənlərimiz. Mən təvazökarlıq və minnətdarlıq hissi ilə sizin Birləşmiş Ştatlar prezidentliyinə nominasiyanızı qəbul edirəm", — deyə o bildirib.
"Biz birgə partiyamızı yenidən Ağ evə, ölkəmizi isə təhlükəsizliyə, çiçəklənməyə və sülhə aparacağıq. Biz səxavətli və xeyirxah, eyni zamanda qayda-qanun ölkəsi olacağıq", — deyə namizəd əlavə edib.