Donald Tramp səsvermə başa çatan 5 ştatın hamısında praymerizin qalibi olub - YENİLƏNİB

Donald Tramp səsvermə başa çatan 5 ştatın hamısında praymerizin qalibi olub - YENİLƏNİB O, ştatların hər birində 50%-dən çox səs toplayıb
Digər ölkələr
27 Aprel , 2016 08:54
Donald Tramp səsvermə başa çatan 5 ştatın hamısında praymerizin qalibi olub - YENİLƏNİB

Bakı. 27 aprel. REPORT.AZ/ ABŞ-ın 5 şimal-şərq ştatında - Merilend, Pensilvaniya, Delavere, Konnektikut və Rod Aylenddə ilkin seçimlərin səsverməsi başa çatıb.

"Report" xəbər verir ki, Respublikaçılar partiyasında beş ştatın hamısında qələbəni milyarder Donald Tramp qazanıb.

İlkin məlumatlara görə, o, ştatların hər birində 50%-dən çox səs toplayıb.

Bu nəticələrə əsasən, respublikaçıların iyulun 18-21-də Klivlenddə keçiriləcək partiya qurultayında 172 nümayəndənin səsləri paylanacaq. Qeyd edək ki, elə Klivlenddə də partiya adından noyabr ayında keçiriləcək ABŞ prezidenti seçkilərində kimin namizəd olacağı məsələsinə aydınlıq gələcək.

04:53

Amerikalı milyarder Donald Tramp ABŞ-ın Pensilvaniya, Konnektikut və Merilend ştatlarında keçirilmiş ilkin seçkilərdə qalib gəlib. "Report"un məlumatına görə, bu barədə "CNN" və "CBS" televiziya şirkətləri xəbər veriblər.

Məlumatda bildirilir ki, Konnektikut ştatında Donald Trampa 65 faiz seçici səs verib. Tramp respublikaçıların ABŞ-da keçiriləcək prezidentlərində namizədi olması üçün partiya qurultayının nümayəndələrinin 1237 səsini toplamalıdır.

O, digər 3 namizəd arasında ən çox şansı olan şəxs kimi qiymətləndirilir.

"CNN"in proqnozuna görə, Respublikaçılardan ABŞ prezidentliyinə namizəd Delaver və Rod Aylend ştatlarında da ilkin partiya seçkilərində qələbə qazanıb. 

Son xəbərlər

Orphus sistemi