Dominikan Respublikasında fırtınaya görə 22 min nəfər təxliyə edilib

Dominikan Respublikasında fırtınaya görə 22 min nəfər təxliyə edilib Onların əksəriyyəti qohum və dostlarının evlərinə yerləşib
Digər ölkələr
5 Oktyabr , 2016 05:54
Dominikan Respublikasında fırtınaya görə 22 min nəfər təxliyə edilib

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Metyu" fırtınasının ölkə ərazisindən keçməsi nəticəsində Dominikan Respublikasında təxliyə edilən vətəndaşların sayı 21 min 951 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Diario Libre" qəzeti yazıb.

Onun məlumatına görə, təxliyə olunanların əksəriyyəti qohum və dostlarının evlərindədirlər. 794 nəfər dövlət yataqxanalarına yerləşdirilib.

Təbii fəlakət nəticəsində ölkədə 4 nəfər ölüb, 447 yaşayış tikilisinə ziyan dəyib. Ölkənin 22 əyalətində qırmızı, 11-də yaşıl təhlükə səviyyəsi elan olunub.

Son xəbərlər

Orphus sistemi