Bakı. 24 iyun. REPORT.AZ/ "Kremldə yeni reallıqlar əsasında Britaniya ilə münasibətlərin yaxşılaşacağına ümid edirlər".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Britaniyada keçirilən referendumun nəticələri haqda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Kreml Britaniyanın Avropa İttifaqından çıxması ilə Rusiyaya qarşı sanksiyaların zəifləyəcəyi arasında əlaqələr görmür.
"Bu proses Britaniyadan asılı olmadan yetərincə müzakirə olunur. Britaniyanın Avropa İttifaqından çıxması prosesi bir günlük hadisə deyil", - deyə D.Peskov vurğulayıb.