​Dəməşqdə məscidin bombalanması nəticəsində 15 nəfər ölüb

​Dəməşqdə məscidin bombalanması nəticəsində 15 nəfər ölüb Hadisədə yaralananların bir çoxunun vəziyyəti ağırdır
Digər ölkələr
27 Mart , 2015 17:51
​Dəməşqdə məscidin bombalanması nəticəsində 15 nəfər ölüb

Bakı. 27 mart. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşqdə cümə namazı başa çatan zaman məscidin bombalanması nəticəsində aralarında qadın və uşaq olmaqla 15 nəfər ölüb, onlarla sakin yaralanıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya İnqilab Baş Şurası məlumat yayıb.

Xəbərdə bildirilib ki, hadisə Bəşşar Əsəd ordusuna aid döyüş təyyarələrinin Dəməşqin şərqindəki Haresta rayonunun Kuntara kəndindəki məscidi bombalaması nəticəsində baş verib.

Məlumata görə, hadisə nəticəsində yaralananların bir çoxunun vəziyyəti ağırdır.

Xatırladaq ki, Dəməşqin bu hissəsində Bəşşar Əsədə bağlı silahlılarla müxalifət arasında davamlı olaraq şiddətli döyüşlər gedir. 

Son xəbərlər

Orphus sistemi