​Dəməşqin ətafı bombalanıb: 70-dən çox insan ölüb

​Dəməşqin ətafı bombalanıb: 70-dən çox insan ölüb Bu, İŞİD silahlı qruplaşmasının Dəməşqi raket atəşinə tutmasına cavab sayılır
Digər ölkələr
6 Fevral , 2015 15:34
​Dəməşqin ətafı bombalanıb: 70-dən çox insan ölüb

Bakı. 6 fevral. REPORT.AZ/ Suriyada Bəşşar Əsədə bağlı Hərbi Hava Qüvvələrinin Dəməşq yaxınlığındakı Şərqi Qutu rayonunu bombalaması nəticəsində 70-dən çox insan, o cümlədən 12 uşaq, eləcə də 11 silahlı ölüb.

"Report" "News.ru"ya istinadən xəbər verir ki, məlumatı Suriya İnsan Haqlarının Müdafiəsi Müşahidə Təşkilatı yayıb.

Xəbərdə bildirilib ki, qırıcılar 60-dan artıq hava zərbəsi endirib.

Bu bombardman ötən gün İŞİD silahlı qruplaşmasının Dəməşqi raket atəşinə tutmasına cavab sayılır. Həmin hadisə nəticəsində ölkə paytaxtında ondan çox adam ölmüşdü. 

Son xəbərlər

Orphus sistemi