​Danilo Medina yenidən Dominikan prezidenti seçilib

​Danilo Medina yenidən Dominikan prezidenti seçilib O, səslərin 61,79%-ni toplayıb
Digər ölkələr
25 May , 2016 02:06
​Danilo Medina yenidən Dominikan prezidenti seçilib

Bakı. 25 may. REPORT.AZ/ Dominikan Respublikasının Mərkəzi Seçki Şurası çərşənbə axşamı ölkədə keçirilən ümumi seçkilərin nəticələrini elan edib. Səsvermənin yekunlarına əsasən, dövlətin hazırkı başçısı Danilo Medina yenidən prezident seçilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Dominikan Azadlıq Partiyasından namizədliyi irəli sürülən Medina səslərin 98,67%-nin hesablanmasından sonra onların 61,79%-ni toplayıb.

Yerdə qalan hesablanmamış bülletenlər artıq səsvermənin nəticələrinə təsir göstərə bilməz. Beləliklə, ölkəyə 2012-ci ildən rəhbərlik edən 64 yaşlı Medina mayın 15-də keçirilən birinci turda qalib gəlmiş olub.

Onun Müasir İnqilab Partiyasından olan əsas rəqibi Luis Abinader səslərin 34,96%-ni alıb.

Son xəbərlər

Orphus sistemi