​Dağıstanda Mahaçqala üsyançıları qrupunun lideri güllələnib - VİDEO

​Dağıstanda Mahaçqala üsyançıları qrupunun lideri güllələnib - VİDEO Öldürülən şəxs Əbu Havs ləqəbi ilə tanınıb
Digər ölkələr
24 Avqust , 2015 23:30
​Dağıstanda Mahaçqala üsyançıları qrupunun lideri güllələnib - VİDEO

Bakı. 24 Avqust. REPORT.AZ/ Mahaçqalanın Novıy Xuşet qəsəbəsində aparılan xüsusi əməliyyat zamanı yerli üsyançı qruplaşmanın lideri Əbdül Qurbanov və daha iki silahlı öldürülüb, "OMON"un bir əməkdaşı yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Milli Anti-terror Komitəsi məlumat yayıb.

Öldürülən, həmçinin Əbu Havs ləqəbi ilə tanınıb.

Komitənin məlumatına görə, Əbdül Qurbanov avqustun 17-də Novıy Xuşet qəsəbə polisinin sahə müvəkkili və avqustun 21-də iki OMON döyüşçüsünün qətlində iştirak edib.

Dağıstan paytaxtının Lenin rayonunda xüsusi əməliyyat avqustun 21-də başlayıb.

Son xəbərlər

Orphus sistemi