Rusiya XİN: ​Sergey Lavrov Con Kerri ilə Ukraynadakı və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib - YENİLƏNİB

Rusiya XİN: ​Sergey Lavrov Con Kerri ilə Ukraynadakı və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib - YENİLƏNİB Telefon danışığında digər aktual beynəlxalq problemlər də müzakirə edilib
Digər ölkələr
29 Aprel , 2016 21:04
Rusiya XİN: ​Sergey Lavrov Con Kerri ilə Ukraynadakı və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib - YENİLƏNİB

Bakı. 29 aprel. REPORT.AZ/ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Serqey Lavrov arasındakı telefon danışığında Ukraynada və Daqlıq Qarabağdakı vəziyyəti müzakirə edilib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"Telefon danışığında Ukrayna və Dağlıq Qarabağ ətrafındakı vəziyyət də daxil olmaqla digər aktual beynəlxalq problemlər və ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib" - deyə Rusiya XİN-in yaydığı sənəddə bildirilir.


***21:25

Bakı. 29 aprel. REPORT.AZ/ABŞ dövlət katibi Con Kerri Rusiyanın xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı olub. Con Kerri Sergey Lavrovla Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədir.

"Report"un məlumatına görə, bu haqda ABŞ Dövlət Departamentinin əməkdaşı jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

O xatırladıb ki, iki ölkənin diplomatik idarələrinin rəhbərləri Suriya problemi üzrə daimi əlaqələri dəstəkləyirlər.

Son xəbərlər

Orphus sistemi