​Con Kerri martın 3-də İranın XİN rəhbəri ilə görüşəcək

​Con Kerri martın 3-də İranın XİN rəhbəri ilə görüşəcək Danışıqlar zamanı İranın nüvə problemi müzakirə olunacaq
Digər ölkələr
27 Fevral , 2015 00:51
​Con Kerri martın 3-də İranın XİN rəhbəri ilə görüşəcək

Bakı. 27 fevral. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri martın 3-də İsveçrənin Montryo şəhərində İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, anonim mənbənin məlumatına görə, danışıqlar zamanı nüvə probleminin nizamlanması məsələsi müzakirə olunacaq.

Martın 2-də isə Kerri və Zərifin BMT İnsan Haqları Şurasının 28-ci sessiyasında çıxışı planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi