​Con Kerri fevralın əvvəlində Rusiyaya səfər edə bilər

​Con Kerri fevralın əvvəlində Rusiyaya səfər edə bilər Səfər 4-5 fevral tarixlərində gözlənilir
Digər ölkələr
30 Yanvar , 2015 01:48
​Con Kerri fevralın əvvəlində Rusiyaya səfər edə bilər

Bakı. 30 yanvar. REPORT.AZ/ Diplomatlar Amerikanın dövlət katibi Con Kerrinin Rusiya paytaxtına səfər etmə ehtimalını müzakirə edirlər.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı diplomatik işçisinə istinadən TASS agentliyi məlumat yayıb.

"Gözlənilən səfər, əgər o baş tutacaqsa, Amerika tərəfinin xahişi ilə həyata keçiriləcək", - deyə mənbə qeyd edib.

Ukraynadakı vəziyyət, yəqin ki, gözlənilməkdə olan görüşün əsas mövzusu olacaq.

Səfər 4-5 fevral 2015-ci il tarixində baş tuta bilər. Bundan əvvəl ABŞ xarici siyasət idarəsinin rəhbəri 2013-cü ilin mayında Moskvaya səfər edib.

Son xəbərlər

Orphus sistemi