Bakı. 23 yanvar. REPORT.AZ/ "İŞİD komandirlərinin 50 faizi öldürülüb".
"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, bunu İngiltərədə keçirilən İŞİD-ə qarşı mübarizə toplantısında ABŞ-ın dövlət katibi Con Kerri deyib.
O bildirib ki, son aylarda bu terrorçu birləşməyə qarşı mübarizədə İraq və beynəlxalq qüvvələr önəmli uğurlar əldə edib. C.Kerrinin sözlərinə görə, keçən ilin sentyabrından Suriya və İraqda İŞİD-in mövqelərinə iki min zərbə endirilib.
"Yüzlərlə hərbi texnika və tank məhv edilib. İŞİD-in istifadə etdiyi 200-ə yaxın neft və təbii qaz yatağı azad olunub. İŞİD-in Malayziya, Kosovo və başqa ölkələrindəki şəbəkəsi aşkar edilərək, zərərsizləşdirilib. Almaniya, Avstraliya və İngiltərədəki əcnəbi yaraqlılar mühakimə olunub", - o vurğulayıb.