Co Bayden prezident seçkilərində iştirakını istisna etmir

Co Bayden prezident seçkilərində iştirakını istisna etmir Barak Obama çox açıq şəkildə Baydenin yolunu kəsməyəcəyini deyib
Digər ölkələr
27 Avqust , 2015 06:49
Co Bayden prezident seçkilərində iştirakını istisna etmir

Bakı. 27 avqust. REPORT.AZ/ ABŞ vitse-prezidenti Co Bayden 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirakını istisna etmir. "Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda Demokratlar Partiyasındakı etibarlı mənbə məlumat verib.

"Hazırda məsələni ailə üzvlərimlə müzakirə edirəm. Çünkü seçki marafonuna qatılmaq üçün kifayət qədər emosional gücüm olmalıdır. Hələlik psixoloji cəhətdən problemlərim mövcuddur", - deyə Bayden bildirib.

Xatırladaq ki, Baydenin böyük oğlu Bo Bayden may ayında beyin xərçəngi xəstəliyindən vəfat etmişdi.

Məlumatda bildirilir ki, prezident Barak Obama çox açıq şəkildə onun yolunu kəsməyəcəyini və fikrindən daşındırmağa cəhd etməyəcəyini deyib.

Bildirildiyinə görə, ABŞ-ın vitse-prezidenti prezidentlik uğrunda yarışa qoşulmağa meyllidir, ancaq konkret qərar hələ ki qəbul etməyib. Bayden indi yalnız Demokratlar Partiyasının nüfuzlu üzvləri ilə namizədliyinin dəstəklənməsi perspektivi ilə bağlı müzakirələr aparır.

Eyni zamanda top-demokratların çoxu artıq keçmiş dövlət katibi Hillari Klintonun namizədliyini dəstəkləyiblər. Obamanın keçmiş müşavirlərinin bir çoxu isə deyib ki, əgər Bayden seçki yarışına qoşularsa, onun namizədliyini dəstəkləyəcəklər.

Son xəbərlər

Orphus sistemi