Co Bayden İrana qarşı yeni sanksiyaların əleyhinə çıxır

Co Bayden İrana qarşı yeni sanksiyaların əleyhinə çıxır "İrəliləyiş üçün şansımızın olduğu zamandır, risk zamanı deyil"- deyə vitse prezident bildirib
Digər ölkələr
7 Dekabr , 2014 13:42
Co Bayden İrana qarşı yeni sanksiyaların əleyhinə çıxır
Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ-ın vitse prezidenti Co Bayden nüvə proqramına görə İrana qarşı sanksiya tətbiq etmə çağırışlarını müsbət qarşılamayıb.

"İrəliləyiş üçün şansımızın olduğu zamandır, risk zamanı deyil"- deyə vitse prezident bildirib.

"Report" Azadlıq Radiosu-na istinadən xəbər verir ki, bu fikirləri o, Vaşinqtonun Brookings İnstitutundakı forumda çıxışı zamanı səsləndirib.

İrana tətbiq olunan sanksiyalar ölkə iqtisadiyyatının yavaşımasına səbəb olur.

Ötən ay İran və dünyanın 6 böyük güc dövlətləri Tehranın nüvə məsələsinin həlli üçün danışıqlar ediblər. Məsələnin 12 ildir tapılmayan həlli istiqamətində müsbət irəliləyiş əldə edilməyib. 

Son xəbərlər

Orphus sistemi