CNN Rusiyada yayımını dayandırır

CNN Rusiyada yayımını dayandırır CNN televiziya kanalı dekabrın 31-dən Rusiyada yayımını dayandırır
Digər ölkələr
30 Dekabr , 2014 21:52
CNN Rusiyada yayımını dayandırır
Bakı. 30 dekabr. REPORT.AZ / ABŞ-ın CNN televiziya kanalı dekabrın 31-dən Rusiyada yayımını dayandırır.

"Report"-un xəbərinə görə, bununla belə CNN-nin Moskva bürosunun informasiya xidmətinin işini davam etdirəcəyi bildirilir.

Xatırladaq ki, CNN telekanalının sahibi olan Turner Broadcasting System International (TBS) şirkətinin nümayəndələri hələ noyabrda kanalın Rusiyada yayımı dayandıracağını bəyan etmişdi.

Qeyd edək ki, 212 ölkədə yayımlanan CNN tamaşaçı auditoriyasına görə, Avropa, Yaxın Şərq, Afrika və Cənubi Amerikada lider kanaldır.

Son xəbərlər

Orphus sistemi