​Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki zəlzələ nəticəsində 4 nəfər ölüb

​Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki zəlzələ nəticəsində 4 nəfər ölüb 88-ə yaxın ev dağılıb, 17 stansiyadan elektrik enerjisinin verilməsi kəsilib
Digər ölkələr
3 İyul , 2015 12:39
​Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki zəlzələ nəticəsində 4 nəfər ölüb

Bakı. 3 iyul. REPORT.AZ/ Çinin Sincan-Uyğur Muxtar Bölgəsində baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində ilkin məlumata görə 4 nəfər ölüb, 48 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu haqda "RİA-Novosti" məlumat yayıb.

Yeraltı təkanlar nəticəsində 88-ə yaxın ev dağılıb, 17 stansiyadan elektrik enerjisinin verilməsi kəsilib.

Məlumatda bildirilib ki, Hoten bölgəsinin Pişan qəsəbəsində 6,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu yeraltı təkanın ocağı 10 km dərinlikdə yerləşib. Bundan bir müddət sonra zəlzələ Sincan-Uğur Muxtar Bölgəsində baş verib.

Hadisə yerində xilasetmə işlər aparılır. 

Son xəbərlər

Orphus sistemi