Çinin Sıçuan əyalətində 5 bal gücündə zəlzələ olub

Çinin Sıçuan əyalətində 5 bal gücündə zəlzələ olub Dağıntı və tələfat barədə məlumat yoxdur
Digər ölkələr
23 Sentyabr , 2016 06:26
Çinin Sıçuan əyalətində 5 bal gücündə zəlzələ olub

Bakı. 23 sentyabr. REPORT.AZ/ Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində 5,1 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə cümə günü Çinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 02:23-də qeydə alınıb. Təbii hadisənin episentri Tibet muxtar dairəsinin Litanq Qardze qəzasına düşüb, ocağı isə 16 km. dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi