Çinin Henan əyalətində daşqınların vurduğu zərər 1 milyard dolları üstələyib

Çinin Henan əyalətində daşqınların vurduğu zərər 1 milyard dolları üstələyib Təbii fəlakət nəticəsində 1,5 min km uzunluğunda avtomobil yolu, 56 körpü sıradan çıxıb
Digər ölkələr
25 İyul , 2016 12:41
Çinin Henan əyalətində daşqınların vurduğu zərər 1 milyard dolları üstələyib

Bakı. 25 iyul. REPORT.AZ/ Çinin mərkəzində yerləşən Henan əyalətində son günlər ərzində baş verən daşqınlar nəticəsində dəyən birbaşa iqtisadi zərər 7,2 milyard yuan (1,1 milyard ABŞ dolları) həddini aşıb.

"Report" TASS-a istinadən xəbər verir ki, ümumilikdə təxminən 200 min insan əyalətdən evakuasiya edilib. Təbii fəlakət nəticəsində 1,5 min km uzunluğunda avtomobil yolu, 56 körpü sıradan çıxıb. Təkcə Anyan şəhərində 18 nəfər həlak olub, 10 nəfər itkin düşüb.

"Sinhua" agentliyininin məlumatına görə, əyalətdə 70-dən çox yaşayış məntəqəsi su altında qalıb. Təbii fəlakət bir həftə ərzində 35 mindən çox evi dağıdıb. Xilasetmə işlərinə, o cümlədən bəndlərin bərpasına 300 mindən çox adam cəlb edilib. Əhalinin təxliyə edilməsinə isə 5 mindən çox quru nəqliyyat vasitəsi, eləcə də 20 qayıq ayrılıb.

Son xəbərlər

Orphus sistemi