Çinin cənubunda divarın uçması nəticəsində üç şagird ölüb, biri yaralanıb

Çinin cənubunda divarın uçması nəticəsində üç şagird ölüb, biri yaralanıb Hazırda hadisənin səbəbləri araşdırılır
Digər ölkələr
18 Dekabr , 2014 20:24
Çinin cənubunda divarın uçması nəticəsində üç şagird ölüb, biri yaralanıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Çinin cənubundakı Quansi-Çjuan muxtar vilayətinin Tszyulun kəndində yaşayış evinin uçması nəticəsində üç şagird ölüb, biri isə yaralanıb. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 13:00 radələrində uşaqlar məktəbdən qayıdarkən baş verib. Nəticədə 4 uşaq dağıntılar altında qalıb. Dağıntılar altından çıxarılan uşaqlar yerli hospitala gətiriblər. Sonradan onlardan üçü dünyasını dəyişib, həkimlər digərinin vəziyyətini qənaətbəxş sayırlar. Hazırda hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi