​Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb

​Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb Sürüşmə bölgəsində 12 nəfər itkin düşüb
Digər ölkələr
16 Noyabr , 2015 10:14
​Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Çinin qərbində, Cıcıang əyalətinin Yaşı qəsəbəsinin Lidonq kəndində leysan nəticəsində torpaq sürüşməsi baş verib. 

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, torpaq sürüşməsində ölənlərin sayı 25-ə çatıb.

Məlumata görə, sürüşümə bölgəsində 12 nəfər itkin düşüb. 300 sakin başqa əraziyə köçürülüb.

Axtarış-xilasetmə əməliyyatı nəticəsində indiyədək yalnız bir nəfər xilas edilib.

İki gün öncə bölgədə baş verən sürüşmədən sonra 27 evin torpaq altında qaldığı haqda xəbər yayılmışdı. 

Son xəbərlər

Orphus sistemi