​Çində "qırmızı" təhlükə səviyyəsi elan olunub

​Çində "qırmızı" təhlükə səviyyəsi elan olunub Ölkədə güclü qasırğa gözlənilir
Digər ölkələr
4 Oktyabr , 2015 10:39
​Çində qırmızı təhlükə səviyyəsi elan olunub

Bakı. 4 oktyabr. REPORT.AZ/ Çində yaxınlaşmaqda olan "Muçjiqe" qasırğası səbəbindən "qırmızı" təhlükə səviyyəsi elan olunub.

"Report" xəbər verir ki, yaxın saatlarda qasırğa ölkənin şərq regionlarına çatacaq.

Meteoroloqların məlumatına görə, qasırğanın mərkəzində küləyin sürəti saatda 48 metrə çatır.

Çinin təcili xidmət orqanları yüksək hazırlıq səviyyəsinə gətirilib. Təqribən 38,9 min balıqçı gəmisi limanlara qayıdıb.

Son xəbərlər

Orphus sistemi