​Çində qaldırıcı kranın aşması nəticəsində 2 nəfər ölüb, 7-si yaralanıb

​Çində qaldırıcı kranın aşması nəticəsində 2 nəfər ölüb, 7-si yaralanıb Qaldırıcı kran kimyəvi maddələrin istehsalı üçün tikilən zavodun inşası zamanı aşıb
Digər ölkələr
18 İyul , 2015 15:56
​Çində qaldırıcı kranın aşması nəticəsində 2 nəfər ölüb, 7-si yaralanıb

Bakı. 18 iyul. REPORT.AZ/ Çinin şərqindəki Şandun əyalətində qaldırıcı kranın aşması nəticəsində 2 nəfər ölüb, 7-si yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, hadisə şənbə günü Lyaoçen səhərində baş verib. Qaldırıcı kran kimyəvi maddələrin istehsalı üçün tikilən zavodun inşası zamanı aşıb.

Hadisə yerinə gələn xilasedicilər orada doqquz nəfər zərərçəkmişi aşkar edib, onların hamısı yerli xəstəxanalara çatdırılıb. Bir qədər sonra iki nəfərin həlak olduğu məlum olub.

Hal-hazırda qəzanın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi