​Çində neft məhsulları bazasında partlayış olub

​Çində neft məhsulları bazasında partlayış olub Xəsarətlə bağlı informasiya yayılmayıb
Digər ölkələr
22 Aprel , 2016 10:38
​Çində neft məhsulları bazasında partlayış olub

Bakı. 22 aprel. REPORT.AZ/Çinin Tszyansu əyalətində (Şərqi Çin) kimyəvi maddələr olan anbarda partlayış olub. "Report"un TASS-a istinadən verdiyi məlumata görə, hadisə səhər saatlarında baş verib. 

Şahidlər bildirib ki, anbarın ərazisində kimyəvi maddələr olan 42 sistern var və onlardan birinin yanması partlayışla nəticələnib. Sisternlərdə neft məhsulu saxlanılır.

Hadisənin baş vermə səbəbi araşdırılır. Xəsarətlə bağlı informasiya yayılmayıb. 

Son xəbərlər

Orphus sistemi