Çində müsəlmanlara yeni qadağalar tətbiq ediləcək

Çində müsəlmanlara yeni qadağalar tətbiq ediləcək Bu qaydalara əməl etməyənlər pulla cərimələnəcək və həbs ediləcəklər
Digər ölkələr
13 Dekabr , 2014 10:06
Çində müsəlmanlara yeni qadağalar tətbiq ediləcək

Bakı. 13 dekabr. REPORT.AZ/ Çində müsəlmanların, xüsusən də uyğurların dini ayinləri icra etməsi ilə bağlı bir sıra qadağalar tətbiq ediləcək.

Bu barədə "Report" Türkiyə KİV-inə istinadən xəbər verir.

Bir müddət əvvəl müsəlmanlara oruc tutmaq yasaqlanmışdı. Yeni qaydalara əsasən, bundan sonra rəsmi idarələrdə və məktəblərdə namaz qılınmasına icazə verilməyəcək. İnternet və cib telefonları vasitəsi ilə dini mesaj paylaşanlar da cəzalandırılacaq.

Qadınlar, tələbələr, fəhlə, məmurlar və 18 yaşdan kiçik olanların məscidə getməsi qadağan olunub.

Dünya Uyğur Qurultayı sədrinin müavini Seyid Tümtürk "Çinin müsəlmanlara basqı və zülmlərinə İslam dünyasının səssiz qaldığını" vurğulayıb.

Sözügedən qadağalar 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Qaydalara əməl etməyənlər pulla cərimələnəcək və həbs ediləcəklər.

Son xəbərlər

Orphus sistemi