​Çində mədən qəzası nəticəsində 6 nəfər ölüb

​Çində mədən qəzası nəticəsində 6 nəfər ölüb Polis araşdırmalara başlayıb, bir neçə nəfər saxlanılıb
Digər ölkələr
4 May , 2016 04:56
​Çində mədən qəzası nəticəsində 6 nəfər ölüb

Bakı. 4 May. REPORT.AZ/ Çinin cənub-qərbində yerləşən Yunnan əyalətindəki kömür mədənində qaz partlayışı nəticəsində ən azı 6 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü "Sina" xəbər portalı məlumat yayıb.

Mədən qəzası Çjaotun şəhər dairəsinin Yantszin qəzasında baş verib. Hadisə yerində xilasetmə əməliyyatına başlanıb. Yaralananların sayı barədə hələ ki, məlumat verilmir.

Polis hadisənin səbəblərini araşdırmağa başlayıb. Artıq faktla bağlı bir neçə nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi