Çində korrupsiya ilə mübarizə kampaniyası davam etdirilir

Çində korrupsiya ilə mübarizə kampaniyası davam etdirilir Çində son dövrdə ən azı 50 yüksək vəzifəli məmur korrupsiya qalmaqallarının hədəfinə çevrilib
Digər ölkələr
12 İyun , 2015 02:14
Çində korrupsiya ilə mübarizə kampaniyası davam etdirilir

Bakı. 12 İyun. REPORT.AZ/ Çinin Təhlükəsizlik Komitəsinin sabiq rəisi ömürlük həbs cəzasına məhkum edilib. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Zhou Yongkang korrupsiya ittihamı ilə həbs cəzasına məhkum edilib.

O, Kommunist Partiyasının anti-rüşvət kampaniyası tərəfindən cəzalandırılan ən yüksək səlahiyyətli şəxsdir

Sinhua xəbər agentliyi bildirib ki,72 yaşlı Zhou günahını etiraf edib və apellyasiyaya müraciət etmiyəcək. Məhkəmə Tianjin şəhərində qapalı qapılar arxasında keçirilib.

Bildirilirb ki, Zhou siyasi hüquqlarından ömrlük məhrum edilib, onun şəxsi əmlakı isə müsadirə olunub.

Son xəbərlər

Orphus sistemi