Çində islam ekstremizmi vüsət alıb

Çində islam ekstremizmi vüsət alıb İŞİD tərkibində döyüşən yaraqlıların bəziləri artıq Pekinə qayıdıb
Digər ölkələr
10 Mart , 2015 21:49
Çində islam ekstremizmi vüsət alıb

Bakı. 10 mart. REPORT.AZ/ Çinin Sintezyan-Uyğur Muxtar Vilayətinin rəhbərliyi dindar ekstremistlərin İŞİD qruplaşmasının sıralarına qoşulmaq üçün ölkəni tərk etdiklərini bildiriblər.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, Pekində keçirilən parlament sessiyasında çıxış edən Kommunist Partiyasının Sintezyan-Uyğur Muxtar Vilayəti üzrə rəhbəri Zhanq Çunxian deyib ki, bu proses, qlobal ekstremizm hərəkatının Çinə təsirinin bariz nümunəsidir.

Z.Çunxian bildirib ki, İŞİD tərkibində döyüşən yaraqlıların bəziləri artıq Pekinə qayıdıb.

O, səlahiyyətli nümayəndələrin bununla bağlı hələlik heç bir ölçü götürmədiyini, təhlükəsizliyin qorunub saxlanması və tələfata yol verilməməsi üçün vaxta ehtiyac olduğunu bildirib.

Çin mətbuatında Suriya və İraqda 300-ə yaxın çinlinin döyüşdüyü bildirilir. Onların əksəriyyətinin ABŞ-ın terrorçu siyahısında yer alan Şərqi Türküstan İslam Hərəkatının üzvü olduğu deyilir.

Son xəbərlər

Orphus sistemi