Bakı. 16 avqust. REPORT.AZ/ Çin hərbçiləri ölkənin qərbində yerləşən Sintezyan-Uyğur Muxtar Rayonunda genişmiqyaslı antiterror təlimləri keçirib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, avqustun 11-dən 15-dək davam edən təlimlərdə təxminən üç min hərbçi iştirak edib.
"Sinxua" agentliyinin məlumatına görə, təlimlər zamanı 21 ədəd yeni yüksək texnologiyalı silahdan, o cümlədən dronlardan istifadə olunub.
Xatırladaq ki, Çin hərbçiləri iyulun sonlarında ölkənin cənubundakı Quansu-Çjuan Muxtar Rayonunda da genişmiqyaslı antiterror təlimləri keçirmişdi. Təlimlərdə 3 mindən çox hərbçi, o cümlədən ictimai təhlükəsizlik idarəsinin, silahlı xalq polisinin və yanğınsöndürmə xidmətinin əməkdaşları iştirak etmişdilər.