​Çində gəmi qəzasında ölənlərin sayı 331 nəfərə çatıb

​Çində gəmi qəzasında ölənlərin sayı 331 nəfərə çatıb 111 nəfər itkin düşmüş hesab olunur
Digər ölkələr
6 İyun , 2015 13:02
​Çində gəmi qəzasında ölənlərin sayı 331 nəfərə çatıb

Bakı. 6 iyun. REPORT.AZ/ Çinin Yantszı çayında "Dunfançjisin" ("Şərq ulduzu") gəmisinin qəzaya uğraması nəticəsində həlak olan 331 nəfərin cəsədi tapılıb, 111 nəfər itkin düşmüş sayılır.

"Report"un "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, artıq gəminin gövdəsi kran vasitəsilə sudan çıxarılıb. Hazırda itkin düşünlərin axtarışları davam etdirilir. Axtarışlara 5 min nəfər (polis, xilasedici və hərbçi), həmçinin 149 gəmi və 59 mexanizm, 1 helikopter cəlb olunub.

İndiyədək qəzadan yalnız 14 nəfər sağ olaraq xilas edilib.

Qeyd edək ki, "Dunfançjisin" səyahət gəmisi iyunun 1-də axşam saatlarında Yantszı çayında ölkənin şərqindəki Çiangsu əyalətinin paytaxtı Nankindən cənub-qərbdə yerləşən Çunçinə gedərkən Xubey əyaləti ərazisində qasırğaya düşüb. Nəticədə göyərtəsində 456 sərnişin olan gəmi bir neçə dəqiqə ərzində batıb.

Son xəbərlər

Orphus sistemi