Bakı. 2 iyul. REPORT.AZ/ Çinin Xubey əyalətinin Uxan şəhərində tikilən fabrik binasının uçması nəticəsində dağınıtı altında çoxlu sayda fəhlə qalıb.
"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Yerli hökumətin bildirdiyinə görə, dağıntılar altından azı 10 nəfər çıxarılıb. Axtarış-xilasetmə işləri davam etdirilir. Bina uçarkən, orada işləyən fəhlələrin sayı məlum deyil. Hadisə qurbanlarının sayı barədə də xəbər yayılmayıb.