​Çində etiraz aksiyası nəticəsində bir nəfər ölüb, yaralananlar var

​Çində etiraz aksiyası nəticəsində bir nəfər ölüb, yaralananlar var Hadisə yerinə iki mindən çox polis cəlb edilib
Digər ölkələr
7 Aprel , 2015 15:40
​Çində etiraz aksiyası nəticəsində bir nəfər ölüb, yaralananlar var

Bakı. 7 aprel. REPORT.AZ/ Çinin Mərkəzi Monqolustan Muxtar Bölgəsində keçirilən etiraz aksiyası nəticəsində bir etirazçı öldürülüb, yüz nəfər yaralanıb, 50-də çox iştirakçı tutulub.

"Report" "news.ru"ya istinadən xəbər verir ki, bölgənin Daaçin-tal kəndi və ona yaxın rayonların sakinləri həmin ərazidə kimyəvi zavodların fəaliyyətinə, ətraf mühitin zəhərli maddələrin tullantı ilə çirkləndirilməsinə etiraz ediblər.

Məlumatda bildirilib ki, hadisə yerinə iki mindən çox polis cəlb olunub.  

Son xəbərlər

Orphus sistemi