Çində daşqınların olduğu ərazidən 4,6 min nəfər sakin təxliyyə edilib

Çində daşqınların olduğu ərazidən 4,6 min nəfər sakin təxliyyə edilib Hesablamalara əsasən daşqınlar vilayətə 400 milyon yuan ziyan vurub
Digər ölkələr
3 İyun , 2016 08:27
Çində daşqınların olduğu ərazidən 4,6 min nəfər sakin təxliyyə edilib

Bakı. 3 iyun. REPORT.AZ/ Çinin Çzyansi (Şərqi Çin) və Xubey vilayətlərinin sakinləri daşqınlar səbəbindən təxliyyə olunub. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ÜMUMİLİKDƏ yüz minlərlə insan ziyan çəkib.

Çzyansidə daşqınlar 1 nəfərin ölümünə səbəb olub, 1,8 min nəfər sakin ərazidən köçürülüb. Xubey vilayətinin rəsmi qurumları isə, 2,8 min nəfər sakinin təxliyyə edildiyini açıqlayıb. Hesablamalara əsasən daşqınlar vilayətə 400 milyon yuan (60,74 milyon dollar) ziyan vurub.

Çunçin meqapolisində 381 min nəfər leysan yağışlardan maddi ziyan çəkib. Yerli qurumlar dəyən ziyanın 749 milyon yuan (115 milyon dollar) olduğunu bildirirlər.  

Son xəbərlər

Orphus sistemi