Bakı. 31 oktyabr. REPORT.AZ/ Çinin mərkəzi hissəsində yenidənqurma işləri aparılan zaman binanın uçması nəticəsində 17 nəfər ölüb, daha 23 nəfər yaralanıb.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Xenan əyalətinin Uyan qəzasının nümayəndələri binanın onun təməlində aparılan təmir işləri zamanı uçduğunu bildiriblər.
Dağıntılar altından 40 nəfəri çıxartmaq mümkün olub: 17 ölü və 23 yaralı.
Qeyd olunur ki, xəsarət alanlardan doqquz nəfəri ağır vəziyyətdədir.
İkimərtəbəli bina 1990-cı ildə inşa olunub. Onun hansı səbəbdən dağıldığı məlum deyil, araşdırma aparılır.