Çində bərə qəzasında ölənlərin sayı 65-ə çatıb

Çində bərə qəzasında ölənlərin sayı 65-ə çatıb 377 nəfərin taleyi haqqında məlumat yoxdur
Digər ölkələr
4 İyun , 2015 06:29
Çində bərə qəzasında ölənlərin sayı 65-ə çatıb

Bakı. 4 İyun. REPORT.AZ/ Çində baş verən bərə qəzası nəticəsində ən azı 65 nəfər həlak olub.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, "Şərq Ulduzu" adlı bərə Yandzı çayında Tsanli şəhərinin yaxınlığında qəzaya uğrayıb. Həlak olanların əksəriyyəti turistdir.

Rəsmilər bildirirlər ki, hadisə zamanı gəmidə ümumilikdə 456 nəfərin olub və hazırda onlardan sadəcə 14-ü xilas edilib. 377 nəfərin taleyi haqqında məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi