Çində baş vermiş zəlzələ dağıntılara səbəb olub

Çində baş vermiş zəlzələ dağıntılara səbəb olub Yeraltı təkanların gücü 5 bala çatıb
Digər ölkələr
18 May , 2016 08:09
Çində baş vermiş zəlzələ dağıntılara səbəb olub

Bakı. 18 May. REPORT.AZ/ Çinin cənubunda zəlzələ baş verib. "Report" xəbər verir ki, bu haqda ölkənin Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ Yunan əyalətində, yerli vaxtla saat 00:48-də qeydə alınıb. 

Yeraltı təkanların gücü 5 bala çatıb.

Zəlzələ bəzi yerlərdə qismən dağıntılara səbəb olub. Belə ki, ayrı-ayrı yerlərdə evlərin divarlarında çatlar yaranıb. Bəzi evlərin tavanı uçub.

Hələlik tələfat haqqında məlumat hər hansı verilmir. 

Son xəbərlər

Orphus sistemi