Çində baş vermiş torpaq sürüşməsi zamanı 11 nəfər ölüb

Çində baş vermiş torpaq sürüşməsi zamanı 11 nəfər ölüb Daha 12 nəfər itkin düşüb
Digər ölkələr
2 İyul , 2016 03:54
Çində baş vermiş torpaq sürüşməsi zamanı 11 nəfər ölüb

Bakı. 2 iyul. REPORT.AZ/ Çində baş vermiş torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə, Quyçjou vilayətindəki torpaq sürüşmələri zamanı daha 12 nəfər itkin düşüb    

Dağıntılar altında 30 yerli sakin qalıb. Onlardan yeddi nəfəri xilas etmək mümkün olub. Kəndlilərdən 11 nəfərinin cəsədi tapılıb. 

Hazırda 800-ə yaxın xilasedici və əsgər sürüşmə çıxması yerində işləyir.

Sürüşməyə son günlər bölgəfə fasiləsiz yağan leysan yağışlar səbəb olub. Bəzi rayonlarda daşqın, torpaq sürüşməsi və sel təhlükəsi səbəbindən insanlar kütləvi şəkildə təxliyyə edilir.

Son xəbərlər

Orphus sistemi