Bakı. 16 may. REPORT.AZ/ Çinin paytaxtı Pekin ətrafında yerləşən qızıl hasilatı mədənlərindən birində 6 nəfər qanunsuz iş görən zamanı ölüb.
"Report" xəbər verir ki, "Sina" portalının məlumatına görə, insident Pinqu rayonu ərazisində baş verib.
Daha bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hazırda hüquq-mühafizə orqanları baş verən hadisə ilə bağlı təhqiqat aparır. Həmçinin 6 nəfərin saxlanıldığı bildirilir.