​Çin Yaponiyanın baş nazirini qələbə paradına dəvət edib

​Çin Yaponiyanın baş nazirini qələbə paradına dəvət edib Sindzo Abe hələ ki dəvətə cavab verməyib
Digər ölkələr
11 İyul , 2015 15:38
​Çin Yaponiyanın baş nazirini qələbə paradına dəvət edib

Bakı. 11 iyul. REPORT.AZ/ Çin hakimiyyəti ikinci dünya müharibəsinin başa çatması və Yaponiya üzərində qələbə qazanılması münasibətilə bu ilin sentyabrın 3-də hərbi parad keçirəcək. 

"Report" xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb .

Çin hərbi paradda iştirak etmək üçün Yaponiyanın baş naziri Sindzo Abe də Pekinə dəvət edib. Yaponiyanın baş naziri hələ ki, dəvətə cavab verməyib.

Bəzi məlumatlara əsasən, Sindzo Abenin müharibənin başa çatmasının 70 illiyi ilə bağlı geniş məruzəsində Yaponiyanın münaqişədəki rolunu və peşmanlığını etiraf edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi